Bu yazıda övladları üçün hər şey etməyə hazır olan Meri An Vebsterin kədərli hekayəsindən bəhs edəcəyik.

Heç şübhəsiz ki, bəzi istisnalar xaricində dünyanın əksər anaları övladlarının xoşbəxtliyi üçün hər şeyə hazırdırlar. Ancaq bu gün sizə danışacağımız hekayədə uşaqları üçün misli görünməmiş bir mübarizə aparan  qadından bəhs edəcəyik. Meri An Vebster adlı bir qadın (evləndikdən sonra Bevan), ərini itirdikdən və qorxunc bir xəstəliyə tutulduqdan sonra uşaqlarına qulluq etmək üçün təhqirə, istehzaya dözməli olub.


Meri Londonda böyük və eyni zamanda çox kasıb bir ailədə anadan olub. Ailədəki maddi çətinliklər onu çox erkən yaşlarından işə başlamağa məcbur edib. O,  xəstəxanada tibb bacısı işləyib. Meri An Vebster böyük bir ailə qurmağı xəyal edən çox cazibədar bir qadın idi. Thomas Bevan ilə 29 yaşında evlənib. Cütlüyün 4 övladı olub.

Daha sonra Meri sağlamlıq problemləri ilə mübarizə aparmağa başlayıb: miqren, əzələ və oynaq ağrıları. Həkimlər nə baş verdiyini anlaya bilməyiblər. Ailəsi maddi baxımdan ondan asılı olduğu üçün Merri yalnız onları düşünür, öz sağlamlığına diqqət ayıra bilmirdi.  

mary ann webster

Xəstəliklə birlikdə həyatı dəyişdi

Merinin xəstəliyi inkişaf etdikcə simptomlar fərqləndi. Üzündə anormal bir böyümə başladı. “Akromeqaliya” adlanan bu xəstəliyin müalicəsi bir yana qalsın, buna 20-ci əsrin əvvəllərində diaqnoz qoymaq olduqca çətin idi. Xəstəlik bədəndə həddindən artıq böyümə hormonuna səbəb olub  sümük, visseral və yumşaq toxumaların böyüməsinə gətirib çıxarır. Xəstəlik tez-tez baş ağrısı və əzələ ağrısı ilə də müşayiət olunur. Əksər hallarda bu, hipofiz adenoması olaraq bilinən xoşxassəli bir şişə də səbəb olur. Bu gün həkimlər bu xəstəliyi uğurla müalicə edə bilirlər, ancaq 20-ci əsrin əvvəllərində Meri çıxılmaz vəziyyətdə qalıb. Hər gün gözəlliyinin məhv olduğunu görürdü.

mary ann webster

Çirkin simasından gəlir qazanmaq üçün istifadə edib, həyatını dəyişdi…

Meri An Vebsterin xəstəliyi onu gündən-günə məhv edərkən, əri Bevan ondan dəstəyini əsirgəmədi. Ancaq həyatın hər ikisi üçün başqa planları var idi. Thomas Bevan 11 illik xoşbəxt evlilikdən sonra qəfildən vəfat edib. Meri isə dörd uşağı ilə tək qaldı. Onun heç bir qazancı yox idi və bu halda uşaqlara baxmalı idi.  

Meri ərinin ölümündən sonra uşaqlarını saxlamaq üçün iş axtarmağa başladı. Ancaq görünüşünə görə ona yaxşı bir iş təklif edilmədi. Küçədəki insanlar onu təhqir edirdilər. Beləliklə, onun üçün hər iş günü ayrı bir çətinlik idi. Bir gün Meri eşitdi ki,  “Dünyanın Ən Çirkin Qadını Yarışması” adlı müsabiqə keçiriləcək.

Yarış üçün mükafat kifayət qədər yüksək idi. Meri yarışmaya girməyə qərar verdi və bu yarışmanı qazandı. Ancaq bundan sonra da başqa problemlər başladı. Belə ki, medianın yarışmaya marağı yüksək olduğu üçün qəzetlərdə Meri haqqında xoşagəlməz yaxılar çap olunmağa başladı.  Lakin Meri bütün bunların da öhdəsindən gəlib, vəziyyətdən gəlir qazanmaq üçün istifadə etdi.

Sirklərdə işləməyə başladı

1920-ci ildə ABŞ-da işləməyə dəvət edildi. Görünüşünə uyğun müəyyən paltar geyinərək nümayiş etdirməli olduğu bir tamaşalara çıxrıdı. Bu verilişlərdə qeyri-adi xüsusiyyətləri olan digər insanlar da var idi. Saqqalı olan bir qadın, cırtdanlar, nəhənglər və siyam əkizləri – hamısı insanları əyləndirməyə çalışırdı.

Tamaşaçılar bu verilişləri çox sevirdilər. Meri sirk mədəniyyətinin ən populyar aktrisalarından biri oldu. Yenə də lağa qoyulurdu, ancaq övladları üçün hər şeyə dözürdü.

Meri An Vebster uşaqları üçün hər şeyi etdi

Bu şəkildə Merini uşaqları ilə birlikdə görə bilərsiniz.

Meri ömrünün əksər hissəsini bir sirkdə keçirdi. Təəssüf ki, akromeqaliya xəstələrinin çoxu uzun yaşamır. Meri də 1933-cü ildə 59 yaşında vəfat etdi. Ölümündən sonra vəsiyyətinə uyğun olaraq övladları tərəfindən İngiltərədə dəfn edildi.
Yeni Musavat