Ermənistanda son sutkada koronavirusa 650 yoluxma qeydə alınıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 202 817-yə çatıb.

Məlumata görə, ölkədə son sutkada daha 15 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 3 735 nəfərə yüksəlib.

Koronavirusdan sağalanların ümumi sayı isə 181 963-ə yüksəlib. Hazırda 16 167 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.
Report.az