Dünyada son sutka ərzində 747 219 nəfər koronavirusa yoluxub, 13 556 nəfər ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 134 308 070 yoluxma hadisəsi, 2 907 944 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 34 faizdən çoxu Avropanın (255 787) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (248 442) ilə Cənub-Şərqi Asiya (159 624) bölüşür.