Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi (EMK) mayın 1-də qurultay keçirəcək.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə EMK xüsusi açıqlama yayıb. Qurultayda 20 iyunda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirakla bağlı yekun qərar qəbul olunacaq. Məlumata görə, əgər fors-major hadisə baş verməsə, Ter-Petrosyanın partiyası ehtimal ki, ayrılıqda seçkilərdə iştirak qərarını verəcək.