Türkiyədə yerli xəstəxanaların birində qeyri-adi olay baş verib. Belə ki, həyatını itirmiş xəstələrdən birinin sənədləri səhv salındığı üçün başqa şəxslərə təhvil verilib.

BAKU.WS “Show Tv”yə istinadən xəbər verir ki, hadisə Çanaqqala şəhərində qeydə alınıb.

Koronavirus xəstəsi kimi xəstəxanaya yerləşdirilən 69 yaşlı Rəcəb Yılmaz orada həyatını itirib. Lakin onun sənədləri Rəcəb Çeliklə adlı digər xəstə ilə səhv salındığı üçün ölüm xəbəri ikincinin ailəsinə verilib.

Hastanede evraklar karıştı, öldü sandıkları babaları yerine başkasını  toprağa verdiler - Güncel Haberler Milliyet

Yaxınları Rəcəb Çelikinin dəfn mərasimini təşkil ediblər. Sonradan xəstəxanadan zəng olunub və dəfn edilən şəxsin başqa şəxs olduğu bildirilib.