Donbasda Rusiya dəstəkli separatçıların açdığı atəş nəticəsində Ukrayna ordusunun əsgəri öldürülüb.

Avropa.info xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin yaydığı açıqlamada, Rusiya dəstəkli separatçıların atəşkəsi 5 dəfə pozduqları bildirilib.

Açıqlamada Donbasın Peski ve Vodyanoye bölgəsində separatçılar tərəfindın açılan atəş nəticəsində Ukrayna ordusunun bir əsgərinin həyatını itirdiyi qeyd olunub.

Xatırladaq ki, Ukrayna ordusunun Baş Qərərgah rəisi Ruslan Homçak martın 30-da parlamentdəki çıxışı zamanı Rusiyanın təlim bəhanəsi ilə Ukrayna sərhədləri yaxınlığına hərbi kontingent topladığını bildirmişdi.

Ukraynanın Donbas bölgəsində “müstəqilliyini” elan edən Rusiya dəstəkli separatçılarla Kiyev arasında 2014-cü ildən bu yana davam edən döyüşlər zamanı 13 mindən çox insan həyatını itirib.