Nəcməddin Sadıqov baş leytenant olan vaxtdan Qarabağdakı döyüşlərdə iştirak edib.

Axar.az xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Musavat TV-nin canlı yayımında deyib.

S.Novruzov məhkəmə qərarı olmadan Silahlı Qüvvələrin Baş Qərargahının sabiq rəisi Nəcməddin Sadıqovla bağlı ittihamlar barədə heç bir söz deyə bilməyəcəyini qeyd edib:

“Onun haqqında məhkəmə hökmü olmasa, heç birimiz deyə bilmərik ki, rüşvətxordur, korrupsionerdir, agentdir, xaindir və s. Axı mən hardan bilim? Mən deyə bilmərəm. 3 adam çağırın, gəlsinlər cavab versinlər ki, harada görmüsən onun xainliyini? Cavab verə bilməyəcək”.