ABŞ BƏƏ ilə 50 ədəd F-35 qırıcısı və 18 PUA-nın satışı barədə müqavilə imzalayıb.

Axar.az Röyters-ə istinadən xəbər verir ki, yeni prezident Co Bayden BƏƏ ilə imzalanan müqaviləni nəzərdən keçirəcəyini söyləyib.

Qeyd edək ki, BƏƏ İsraillə münasibətləri normallaşdırdıqdan sonra ABŞ sözügedən ölkəyə F-35-lərin satışına razılıq verib.