ABŞ Prezidenti Donald Tramp xalqa vida müraciəti ilə çıxış edib.

“Report” xəbər verir ki, Tramp müraciətində Amerikanın böyüklüyünə etibarı itirməyin təhlükəli olduğunu elan edib.

ABŞ rəhbəri “Biz təhlükəsizliyin təmin olunmasında və Amerikanın çiçəklənməsində yeni administrasiya üçün dua edirik”, – deyə əlavə edib. Ağ Ev rəhbəri bildirib ki, onun komandası hakimiyyətə hansı məqsədlər uğrunda gəlmişdisə, onları və bundan daha çoxunu edib.