44 günlük Vətən müharibəsində Azərbaycan ordusu mənfur düşmənə diz çökdürdü.Hər gün biz qələbəyə daha da yaxınlaşdıq,hər günü bir tarix idi bu 44 günün.Nəhayət,biz qələbə qazandıq,ərazi bütövlüyümüz bərpa olundu-öz canlarından hər zaman keçməyə hazır olan, ölümləri ilə ölümsüzlüyə qovuşan qəhrəman şəhidlərimiz və minlərlə qazilərimizin rəşadəti nəticəsində.Şükürlər olsun! Şükürlər olsun ki,gələcək nəsil xoşbəxt yaşayacaq,təmiz mənəviyyatla yaşayacaq,Vətəninə daha da çox bağlı olacaq.II Qarabağ savaşı haqq savaşımız, mənəviyyat savaşımız idi bizim.Qeyd etmək lazımdır ki,Qalib Azərbaycan ordusunun qəhrəmanlıqlarına şahidlik etmək özü böyük bir xoşbəxtlikdir,gələcək nəsillərimizə örnəkdir.

Bugünkü müsahibimiz Kempo-karate idman növü üzrə 4 qat dünya, 2 qat Avropa çempionu, Ulu Öndərin adını daşıyan “Heydər Əliyev” kəmərinin sahibi Əhmədov Yusif Ağabəy oğludur.1986-cı ildə düynaya gələn Yusifin uşaqlıq illəri Kürdəmirdə keçib.Bakıda ali təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmət keçdiyi dövrdə kəşfiyyat tağımında olub.İkinci Qarabağ savaşında ərazilərimizin işğaldan azad olunması istiqamətində keçirilən əməliyyatlarda fəal iştirak edib. Son döyüşünü isə o, Xocavənd rayonunda aparıb.Çempion qazimizin ayaq və bel nahiyələrində sınıqları var.Müalicəsin dava etdirir və biz də “Politics” komandası olaraq qazimizin evinə yollandıq və döyüş yolu ilə bağlı,müzəffər bir ordunun qəhrəman qazisi kimi saytımıza müsahibə verdi.Müsahibəni təqdim edirik.

-Salam Yusif bəy ,necəsiz?Özünüzü necə hiss edirsiniz?

-Salam,çox sağolun,biraz yaxşılaşmışam.Çox ayaq üstə dura bilmirəm,belimdə ağrılar olur.Həkim məsləhəti ilə reabilitasiya mərkəzində müalicəmi davam etdirirəm.İnşallah ki,hər şey qaydasına düşəcək.

İnşallah. Necə oldu döyüşə qatıldız?

-Sentyabrın 27-i müharibə başlayan gün bacım oğlunu Yasamal rayon səfərbərlik idarəsindən çağırdılar.İkimiz də idarəyə yollandıq və bacım oğlunu yola saldım.Mən özüm də könüllü olaraq qeydiyyata düşmüşdüm,ancaq çox narahat idim ki,birdən mənə qismət olmaz,döyüşlərdə iştirak edə bilmərəm,çünki bugünü çox gözləmişəm. Səfərbərlik xidmətindən çağrılmadığımı görüb idarəyə getdim və bildirdim ki,mən bu döyüşlərdə iştirak etməliyəm.Üç gün nə qədər cəhd etdimsə adımın hələ siyahıya salınmadığın dedilər,nəhayət,dördüncü gün çox israrımdan sonra adımı siyahıya saldılar və oktyabrın 25-i biz cəbhə bölgəsinə yola düşdük.Çox sevidim,hər gecə çağrılmağım üçün Allaha yalvarırdım ki,məni arzuma çatdır.Belə bir söz var, “Arifən bi həqqi”,yəni ki,bir şeyi sən daxilən,ürəkdən istəsən Allah onu sənə verəcək.Belə də oldu.Oktyabrın 25-i biz yola düşdük.Döyüşə girməzdən öncə bir həftəlik təlimlərdə olduq.”N” saylı hərbi hissədə kəşfiyyat taborunda idik.Mən manqa komandiri, tuşlayıcı,kiçik çavuşam.

“DŞK” Silahı

Hərbi hissədə mənə “DŞK” silahı verdilər.Bu silah düşmənin qorxulu kabusu idi və düşməni susduran silah idi.Noyabrın 2-si doğma torpağımız-Qarabağda döyüşlərə qatıldıq.İlk döyüşümüz Fizuli istiqamətində oldu.Biz Fizuli rayonunun Qaradağlı kəndi istiqamətində uğurlu döyüş əməliyyatı keçirdik və kəndin mühafizəsin təşkil etdik,düşməndən təmizlədik.Əməliyyatlar çox uğurla davam edirdi.

“ 15 il ərzində idamanda nə qədər qələbə sevinci yaşasam da,içimdə bir kədər var idi.Ürəkdən sevinə bilmirdim ”

-Siz ilk dəfə idi erməni ilə döyüşürdüz.Bu haqda danışardız və ilk silahı əlinizə alanda nə hisslər keçirdiniz?

-Xeyir,mən erməni ilə ilk dəfə qarşılaşmırdım.Xatırladım ki,mən Macarıstanda,Rusiyanın Pyatiqorsk ,Ukraynanın Xarkov şəhərində erməni idamnçılarla qarşılaşmışam.Bu vaxta qədər heç bir erməni döyüşçüsünə məğlub olmamışam,necə ki döyüşdə də olmamışam.Bir epizod danışım.2015-ci ildə Rusiyanın Pyatiqorsk şəhərində keçirilən idaman yarışında erməni ilə qarşılaşmalı oldum.Bu döyüşdə kim qələbə qazanacaqdırsa həmin döyüşçü finala çıxacaqdı.Qarabağ arzuların gözlərində qoduğumuz kimi,burada daermənilərin arzusu gözlərində qaldı.Bildiyiniz kimi,Pyatiqorskda ermənilər çoxluq əşkil edir,yarışda da çoxlu erməni var idi,amma mən heç nədən çəkinmirdim.Mən erməni ilə döyüşdə idamançı kimi yox,hərbiçi hissi ilə,əsgər kimi döyüşürdüm,özümə təsəllini belə verirdim,ancaq yenə də yarım nəsə qalırdı.15 il ərzində idamanda nə qədər qələbə sevinci yaşasam da,içimdə bir kədər var idi.Ürəkdən sevinə bilmirdim.

İdman yarışlarının birində rus idamançısının sözü mənə çox pis təsir etdi.Yarış Ukraynanın xarkov şəhərində keçirilirdi.Düzdür,bayrağımızı ən yüksək pilləyə-birinciliyə qaldırdım,ama rus idamançısının sözü yadımdan çıxmırdı.Ukraynada erməni üzərində qələbə qazananda bu idamançı mənə dedi ki,sizin dövlət balaca olasa da xalqınız çox cəsarətli,qorxmazdır.Bəs niyə Qarabağı ermənilərdən hələ də ala bilməmisiniz?Düzdür,cavabın layiqincə verdim və dedim ki, çox şeyin zamana ehtiyacı var,onu da edəcəyik.Şükürlər olsun ki,zaman yetişdi və biz bu ləkəni xalqımızın,millətimizin,dövlətimizin üstündən sildik.İndi buna görə çox rahatam.

İkinci sualınıza glincə onu deyim ki,bu hissi yaşamadan anlamaq olmur,gərək bunu canlı yaşayasan.İnanın ki,silahdan çıxan hər mərmi bizi hədəfə-qələbəyə daha da yaxınlaşdırırdı.Düşmənə hiss elətdiriridik ki,ayaqların basdıqları bu torpaq onlara məxsus deyil və elə də oldu.İnanın ki,postların,silahların qoyub qaçırdılar.Cənab Prezidentimiz dediyi kimi-itiqovan kimi qovurduq.Təsəvvür edin idman yarışlarındakı qalibiyyət sevincimdən daha çox bu qalibiyyət məni sevindirdi.Zəfər savaşımızda ağır döyüşlər gedirdi sağ qalmaq ehtimalı çox az olsa da,heç bir qorxu yox idi.Əksinə sevinirdik.Qeyd edim ki,bu vaxta qədər ən böyük qələbə Vətən müharibəsində iştirakım və bu haqq savaşında mənim də payımın olamsıdır.

-Döyüşdə iştirak edən dostlarınız var idimi?

-Bu elə bir döyüş idi ki,hər kəs bir-birinə çox doğma idi,qardaş idi,dost idi.Bizim məqsədimiz,hədəfimiz bir idi.II Qarabağ savaşı bizim birliyimizi bir daha göstərdi.Allah rəhmət eləsin,bir neçə döyüş yoldaşımız şəhid oldu.Dostum var idi,İlkin onunla eyni gündə döyüşə başladıq.İlkin başqa istiqamətdə döyüşlərə qoşuldu.Ağır döyüşlərdə qəhrəmancasına şəhid oldu.Ona deyirdim ki,müharibə bitəndən sonra idamanda bir çox nailiyyətlər edəcəyik.Amma qismət olmadı…

(müsahibimiz hadisələrdən danışa-danışa təsirlənir,gözlərin silir və davam edir)

Şəhidlik elə bir zirvədir ki,Allah tərtib edir o siyahını.Hər adama qismət olmur şəhidlik.Hər dəfə şəhidlər xiyabanına gedəndə üzümü tutub şəhidlərə deyirəm ki,”Allah,xoş bunların halına”.Allah rəhmət etsin hər birinə.Bu torpaqlarda şəhidlərimizin qanı var,şəhidlərimizin qanı ilə suvarılıb bu torpaq! Vətən bizlərə əmanətdir,namusumuzdur Vətən! Bunu heç kim unutmamalıdır.Hər gecəmdə deyirdim ki,birdən döyüşlər bitər iştirak edə bilmələrm,çox narahat idim.Bir ömür bu hisslərlə yaşamışam.Bu müharibə qeyrət,namus davası idi.

-Necə oldu yaralandız?

-Noyabrın 11-i Xocavənd istiqamətində yolda maşınımız tank əlehinə minaya düşdü.Zərbənin gücü bizi havaya qaldırdı və biz təpə var idi,onun aşağısına düşdük.Təxminən,10 metr yüksəklikdən yerə çırpıldım.Belim və sağ ayağım dörd daraqdan sınıb.Hələ bundan əvvəl orada məktəb var idi.Məktəbin həyətinə düşən minamyot mərmisinin dalğası gözlərimə çox pis təsir etmisdi,heç nə görə bilmirdim.Sonradan görməyə başlasam da amma çox zəif görürəm.

Noyabr ayının 12-si oradan geri qayıtdıqdan sonra,mən orada bildirdim ki,sağalım,yenə də müharibə başlasa döyüşməyə hazıram.Komandirim dedi ki,”sənin həyatın hələ idamnadadır” Dedim ki,idmanımın birbaşa açarın Qarabağda görürəm.

-II Qarabağ müharibəsində sizə inam verən hisslər nələr idi? Nəyə daha çox güvənirdiz?

-Maraqlı sualdır.Əslində ilk növbədə onu qeyd edim ki,döyüşün əsas taleyini həll edən məsələlərdən biri insanın ruh yüksəkliyi,mənəvi-psixoloji hazırlığıdır.Biz haradan qürurlanırdıq,haradan sevinirdik?! Əslində bu sevgi Allahdan gəlir,sadəcə bu sevgiyə təkan verən qüvvə var idi-xalqımız yəni.Bu bizdə çox yüksək səviyyədə idi.Buna görə mən müharibəmizi bir kinoya bənzədirəm,3 hissəli kinoya.Birinci hissə xalqımızın,millətimizin birliyi idi.Bunu biz bilirdik və qarşılıqlı inam var idi,bilirdik ki,xalqımızın ürəyi bizimlə döyünür.İkinci Ordumuzun gücü.Qeyd edim ki,düzgün ordu quruculuğu,komandanlıq qalibiyyəti şərtləndirən əsas amillərdir.Üçüncü və ən vacib hissə Ali Baş Komandanımız İlham Əliyevin uğurlu,planlı,uzaqgörən siyasəti.Prezidentimizin siyasi iradəsi,strateji xətti düşməni mümkün dəstəklərdən məhrum etdi.Məcbur etdi ki,bizimlə təkbətək qalsın.Nəticə də “Dəmir Yumruq” siyasəti nəticəsində Ermənistan rəzil gününə düşərək təslim aktını imzalamalı oldu.Nəticə göz qabağındadır(gülür)

Öz torpağımızda böyüyən danaları qurban kəsdim.Çünki o danalar ermənilərin heç vaxt ola bilməzdi, onlar Qarabağın qoynunda bəsləniblər.Kəsdiyim danalardan biri 180 kq idi.

Yusif Əhmədov

-Son olaraq yetişməkdə olan gənc nəsilə tövsiyəniz nədir və bu müsibətlərin baş verməməsi üçün nə etmək lazımıdr?

-Biz, bayaq dediyim kimi,cəmiyyət olaraq,xalq olaraq milli-mənəvi dəyərlərimizə sahib çıxmalıyıq.Vətənə məhəbbət ailədən başlayır.Məhz buna görə də ilk növbədə uşaqları milli ruhda tərbiyyələndirmək,müasir yeniliklərin milli məsələləri üstələməmək şərti ilə inteqrasiyasına şərait yaradaraq uşaqların inkişaf etməsinə,təhsil almasına şərait yaratmaq.Ermənistan neçə illərdir Azərbaycanımızın əzəli,tarixi torpaqlarında mədəni terror aparıb,məscidlərimizi dağıdıb,mədəniyyət ocaqlarımız,tarixi maddi-mədəniyyət nümunələrimizi talayıb,ekoloji terror həyata keçirib təbiətimizə zərər vurublar.Faktlar yetəri qədərdir.Ən önəmlisi bundan ibarətdir ki,gənc nəsilə tariximiz dərin öyrədilsin.Və kimlə nə dildə danışmalı olduğunu dərk etsin.Bugün qazilərimiz də öz davranışları ilə cəmiyyətimiz üçün bir məktəbdir.Bir türk generalı deyirdi ki,” qazi elə bir insandır ki,Allah onu gün şəhid edir,dirildir”.Bu sözün mahiyyətin başa düşmək lazımdır.Yəni,Qazinin omur boyu əli olmaz,qolu olmaz,gözü olmaz,yəni Allah onu elə görür.Qazilik izzətdir,mərifətdir,hörmətdir.görkəmdir.Bunları Qazi saxlasa gələcək nəsil hörmətli,vətənpərvər və sağlam bir gənclik olacaq.Bir daha xalqımızı təbrik edirəm,Allah şəhidlərimizə rəhmət etsin,yaralı əsgərlərimizə Allahdan şəfa diliyirəm.Çox sağolun.

Müəllif:Məmmədov Sənan ;Hacıyev Tofiq

Politics.Az

SenTo Group