Qara dənizin Türkiyə sahillərində batan yük gəmisinin kapitanının cəsədi tapılıb.

Axar.az xəbər verir ki, kapitan Rusiya vətəndaşıdır.

Qeyd edək ki, dünən Qara dənizin Türkiyə sahilinə yaxın ərazisində Ukrayna şirkətinə məxsus “Arvin” quru yük gəmisi batıb. Gəmi heyəti 12 nəfərdən (10-u Ukrayna, 2-si isə Rusiya vətəndaşı) ibarət olub.