Ermənistan Müdafiə Nazirliyi, Türkiyə pilotsuz təyyarələrinin Azərbaycan tərəfindən istifadəsinə dair görüş keçirdi.

Politics.az-in Defence Ekspres-ə istinadən əldə etdiyi məlumata görə Ermənistan Silahlı Qüvvələri tərəfindən Türkiyənin Bayraktar TB2 Türk dronlarının mümkün istifadəsini müzakirə etmək üçün Ermənistan Müdafiə Nazirliyindəki əməliyyat görüşünün fotosu internetdə göründü.

Fotoda bir neçə erməni hərbçisinin üzərində xəritələri olan bir masada əyləşərək, Türkiyənin Bayraktar TB2 pilotsuz uçuş aparatı kompleksinin şəkli olan slaydlara baxılır. Bəzi məlumatlara görə, görüşdə Türk dronlarına qarşı öz təcrübələrini bölüşən Rusiya hərbçiləri də iştirak edirdi.

Qeyd edək ki,Turkiyə-Azərbaycan birliyinə bir çox dövlətlər tərəfindən qısqanclıqla yanaşılır.Bu müttəfiqlikdən ən çox narahat olan dövlətlərdən də biri Ermənistandır.